Putin "Crocus"da terrorçunu zərərsizləşdirməyə cəhd edən şəxsi ölümündən sonra mükafatlandırıb
sizinxeber.az xəbər saytı

Putin "Crocus"da terrorçunu zərərsizləşdirməyə cəhd edən şəxsi ölümündən sonra mükafatlandırıb


“Crocus City Hall”da terrorçunu zərərsizləşdirmək istəyərkən həlak olan Vnukovo Beynəlxalq Hava Limanının əməkdaşı Valentin Nikolaenkov ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilib.

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

“Vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və şücaətə görə, "Vnukovo Beynəlxalq Hava Limanı" Səhmdar Cəmiyyətinin İdarəetmə və Koordinasiya Mərkəzinin direktoru Valentin Viktoroviç Nikolaenkov “İgidliyə görə” ordeni ilə təltif edilsin (ölümündən sonra)”, - fərmanda deyilir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Son məlumata görə, həmin terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.

Oxşar xəbərlər

“Crocus City Hall”da DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər
Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub
Rusiya FTX: Moskvadakı terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb
“Crocus City Hall”un yerində məbəd inşa oluna bilər
Putin: “Crocus”da terror aktı radikal islamçıların əli ilə törədilib”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər