Fransada baş tutan kütləvi aksiyalar səbəbindən ölkənin daxili işlər naziri Loran Nunyes istefa ərizəsini ölkə Prezidenti Emmanuel Makrona təqdim edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə BFMTV telekanalı xəbər yayıb.

Bildirilib ki, Makron isə həmin ərizəni qəbul etməyib.

Hazırda məsələ ilə bağlı əlavə təfərrüat açıqlanmır.

Qeyd edək ki, oktyabrın 17-də bütün Fransa ərazisində növbəti genişmiqyaslı nümayişlər baş tutub. Rəsmi mənbələrin məlumatına əsasən, küçələrə 550 min nümayişçi çıxıb ki, onlardan təqribən 1800 nəfəri iğtişaşlar və talanlarda iştirak etdikləri üçün polis tərəfindən saxlanılıb. Etiraz aksiyaları eyni vaxtda ölkənin bir neçə böyük şəhərini əhatə edib. Parisdən əlavə, Lion, Marsel, Tuluza, Lill, Strasburq, Limoj, Bordo və Qrenobl sakinləri də hökumətin daxili siyasətinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Bəzi hallarda etirazlar mağazaların yandırılması, qarətlər və əmlaka ziyan vurulması ilə müşayiət olunub. DİN rəhbərinin sözlərinə görə, nümayişçilərlə toqquşmalar zamanı 150 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Paris, Lion və Strasburq şəhərlərində isə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.