BMT Trampın Xameneiyə göndərdiyi məktuba münasibət bildirib
sizinxeber.az xəbər saytı

BMT Trampın Xameneiyə göndərdiyi məktuba münasibət bildirib


BMT ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneiyə Tehranla yeni bir nüvə sazişi bağlamağı təklif edən məktubuna münasibət bildirib.

“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə göndərdiyi yazılı açıqlamada bildirib ki, BMT prinsip etibarilə diplomatiyanın İranın nüvə proqramının dinc xarakterini təmin etməyin ən yaxşı yolu olduğunu bir daha təsdiqləyir:

“Bu məqsədə yönəlmiş bütün diplomatik səyləri alqışlayırıq,” - deyə Dujarrik vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşma yolunda olduğunu və İranın ali rəhbəri Əli Xamenei məktub göndərərək yeni bir nüvə sazişi bağlamağı təklif etdiyini açıqlayıb.

Oxşar xəbərlər

KİV: İranın BMT missiyası Trampın Xameneiyə məktubunu almayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Xameneiyə məktub göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Avropa ilə nüvə sazişi üzrə danışıqların bərpa olunacağını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər