“SpaceX” səkkizinci sınaq uçuşunda “Starship”lə əlaqəni itirib
sizinxeber.az xəbər saytı

“SpaceX” səkkizinci sınaq uçuşunda “Starship”lə əlaqəni itirib


“SpaceX” səkkizinci sınaq uçuşu zamanı “Starship”lə əlaqəni itirdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bunu “X” sosial şəbəkəsində həyata keçirilən təqdimat verilişinin aparıcısı deyib.

"Gəmi ilə əlaqəmizi itirdiyimizi təsdiqləyə bilərik. Təəssüf ki, bu, sonuncu dəfə də baş verib", - o qeyd edib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Raket şərq sahili vaxtı ilə saat 18:30-da (Bakı vaxtı ilə saat 03:30) Texas ştatının Boka Çika şəhərindəki kosmodromdan buraxılıb. Uçuşdan təxminən on dəqiqə sonra “Starship”in ikinci mərhələsi ilə əlaqə kəsilib. Səkkizinci sınaq uçuşu zamanı “SpaceX” “Starlink” rabitə peyk sisteminin dörd simulyatorunu orbitə çıxarmağa ümid edirdi.

Oxşar xəbərlər

 “Starship”in yeddinci sınaq uçuşu uğursuz alınıb
“SpaceX” sınaq buraxılışı zamanı “Starship” gəmisi ilə əlaqəni itirib
“SpaceX” daşıyıcı raketin yeddinci sınaq buraxılışını təxirə salıb
“Starship” kosmik gəmisinin prototipini daşıyan raket altı altıncı sınaq uçuşunu həyata keçirib
“SpaceX” ilk dəfə “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər