ABŞ və Ukrayna qazıntılar üzrə müqavilənin imzalanması imkanını müzakirə edir
ABŞ Ukrayna ilə faydalı qazıntılara dair razılaşmaların bağlanması imkanını müzakirə edir.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
“Bu danışıqlar hazırda aparılır”, – Livitt ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskinin Kiyevin müqavilə bağlamağa hazır olduğunu bildirən məktubunu aldıqdan sonra müqavilənin hansı müddətdə imzalana biləcəyi ilə bağlı suala cavab verib.
“Mən bu yaxınlarda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu gördüm. O bu məsələ üzərində ciddi çalışır”, – o vurğulayıb və əlavə edib ki, Uolts çərşənbə günü Trampa danışıqların hansı mərhələdə olduğu barədə məlumat verməyi planlaşdırır.
Livitt qeyd edib ki, Tramp Rusiya – Ukrayna münaqişəsinə son qoymağa sadiqdir. Onun fikrincə, Volodimir Zelenskinin sosial şəbəkədə paylaşdığı ismarış doğru istiqamətdə müsbət siqnaldır.
Oxşar xəbərlər
Peskov Zelenskinin sülh danışıqlarına hazır olması xəbərini müsbət qiymətləndirib
Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib
ABŞ-nin vitse-prezidenti və Trampın köməkçisi Zelenskiyə xəbərdarlıq edib
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək
Ağ Ev: ABŞ-Rusiya danışıqları Ukraynada sülhə doğru ilk addım idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













