Belarus iyulda ŞƏT-in onuncu üzvü elan ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2024
00:59

Belarus iyulda ŞƏT-in onuncu üzvü elan ediləcək

25 may, 2024
00:59
926

Belarus iyulda ŞƏT-in onuncu üzvü elan ediləcək

Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində təşkilatın onuncu üzv ölkəsi elan ediləcək.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Vurğulamaq istərdim ki, Rusiya Belarusun ŞƏT-ə daxil olmasına hər cür töhfə verib. Prezident indicə bu haqda danışdı. Artıq iyulda təşkilatın Astanada keçiriləcək sammitində üzvlük üçün bütün lazımi prosedurların tamamlandığı elan ediləcək və beləcə Belarus ŞƏT-ə üzv olan onuncu ölkə olacaq”, – o deyib.

Bizimlə əlaqə saxlayın