Nigeriyanın şimal-qərbindəki üç kənddən 100-dən çox insan qaçırılıb
sizinxeber.az xəbər saytı

Nigeriyanın şimal-qərbindəki üç kənddən 100-dən çox insan qaçırılıb


Nigeriyanın şimal-qərbindəki üç kəndə basqın zamanı 100-dən çox insan qaçırılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

Ölkənin Zamfara ştatındakı Birnin-Maqaci rayonunun başçısı Əlhacı Bala silahlıların Qora, Madomava və Cambuzu kəndlərinə hücum etdiyini, 38 kişi, 67 qadın və uşağın qaçırıldığını açıqlayıb.

“Qaçırılmış şəxslərin sayı daha çox ola bilər”, – o deyib.

Madomavanın kəndxudası Aminu Aliyu Aşa isə qruplaşmanın kəndə motosikldə gəldiklərini vurğulayaraq onların insanları tutmasından öncə atəş açdıqlarına diqqət çəkib:

“Qaçırılma halları bizimlə cinayətkarlar arasındakı sülh razılaşmasını pozur. Bu ilin fevralında ərazimizə hücum etməmələri üçün onlara fidyə ödəmişik”.

Agentlik qeyd edib ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarından fidyə tələbi adi hal alıb.

Ölkədə kütləvi insan oğurluğu ilk dəfə 10 il öncə “Boko Haram” tərəfindən həyata keçirilib. O zaman 200-dən çox tələbə qaçırılmışdı. Lakin bu təcrübə heç bir ideoloji mənsubiyyəti olmayan silahlı dəstələr tərəfindən mənimsənilib və nigeriyalılar iqtisadi çətinliklərlə mübarizə apardıqca geniş vüsət almağa başlayıb.

Oxşar xəbərlər

Mərkəzi Afrikada silahlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigeriyada silahlılar hərbi düşərgəyə hücum ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigeriyada silahlıların hücumları nəticəsində ölənlərin sayı 200-ə yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigeriyada yaraqlıların hücumu nəticəsində ölənlərin sayı 100-ü ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər