Çin internetdə hərbi məlumatların yayılmasına nəzarəti gücləndirəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
fev
2025
18:00

Çin internetdə hərbi məlumatların yayılmasına nəzarəti gücləndirəcək

10 fev, 2025
18:00
666

Çin internetdə hərbi məlumatların yayılmasına nəzarəti gücləndirəcək

Çin hakimiyyəti martın 1-dən internetdə hərbi məlumatların yayılmasına nəzarəti gücləndirəcək.

“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni tədbirlər hərbi mövzulara həsr olunmuş internet saytların yaradılması da daxil olmaqla, şəbəkədə hərbi məlumatların yayılmasına nəzarəti nəzərdə tutur.

Yeni reqlamentdə qeyd olunub ki, hərbi məlumatların yayılması Çin Xalq Azadlıq Ordusunun yaxşı imicinin qorunmasına kömək etməlidir.

Bundan başqa, belə məlumatlar ordu, hökumət və xalq arasında nifaq salmamalı və ya birliyi pozmamalıdır.

Bizimlə əlaqə saxlayın