sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Baydenin siyasətinə etiraz olaraq Dövlət Departamentinin mətbuat katibi istefa verib
ABŞ Dövlət Departamentinin ərəbcə mətbuat katibi Hala Rharrit Prezident Cozef Baydenin Qəzza zolağı ilə bağlı siyasətinə etiraz olaraq istefa verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Al Arabiya English” məlumat yayıb.
Bildirilib ki, Hala Rharrit Prezident Cozef Baydenin İsrailə silah göndərilməsi qərarından narazı qalıb: “Mən 2024-cü ilin aprelində ABŞ-nin Qəzza zolağındakı siyasətinə qarşı 18 illik xidmətdən sonra istefa verirəm”.
O, münaqişənin silah deyil, diplomatiya, sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti aprelin 24-də İsrailə 26 milyard dollar məbləğində hərbi yardımın edilməsinə dair sənədi imzalayıb.
Oxşar xəbərlər
KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər
KİV: Ağ ev İsrailə on milyonlarla dollarlıq silah-sursat göndərməyə hazırlaşır
Paşinyan istefa verəcək? - Özü açıqlayıb
Baydenin yenidən prezident seçilməsinə mane olan amillər açıqlanıb
Sloveniyanın ədliyyə naziri istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













