Çin ordusu “Sülh - 2025” təlimləri üçün Pakistana iki gəmi göndərəcək
Çin Xalq Azadlıq Ordusu “Sülh - 2025” çoxtərəfli hərbi təlimlərində iştirak etmək üçün Pakistana iki gəmi göndərəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin “WeChat” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib ki, Pakistan Silahlı Qüvvələrinin dəvətinə cavab olaraq Pekin fevralın birinci yarısında “Baotou” esminesini və “Qaoyuhu” gəmisini göndərəcək. Qarşıdakı manevrlərə dəniz təchizatı və piratlarla mübarizə kimi əməliyyatlar daxil olacaq.
Bundan əlavə, hava hücumundan müdafiə sahəsində axtarış-xilasetmə missiyaları və əlaqələndirilmiş hərəkətlərin təlimi planlaşdırılır. Qeyd olunur ki, tədbirlərin əsas məqsədi dəniz təhlükəsizliyinin birgə təmin edilməsi üzrə bacarıqların təkmilləşdirilməsidir.
Oxşar xəbərlər
Çin ordusu Filippinə xəbərdarlıq edib
ABŞ MN Çinin Hərbi Dəniz Qüvvələrinin dünyanın ən böyüyü olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
