Kolumbiyanın DİN rəhbəri hökumətin buraxılmasını təklif edib
sizinxeber.az xəbər saytı

Kolumbiyanın DİN rəhbəri hökumətin buraxılmasını təklif edib


Kolumbiyanın daxili işlər naziri Xuan Fernando Kristo nazirləri fikir ayrılıqlarına görə istefaya göndərməyi xahiş edib.

"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Nazirlər kabineti bu gün formalaşdırıldığı şəkildə qeyri-təkmildir. Hökumətə Kolumbiya rəhbəri Qustavo Petronun prezidentlik müddətinin başa çatmasına il yarım vaxt lazımdır, kolumbiyalılar hökumət proqramının və milli inkişaf planının əsas aspektlərinin həyata keçiriləcəyini gözləyirlər", - paylaşımda qeyd olunur.

“Təklif edirəm ki, prezidentə hakimiyyətinin son mərhələsinin problemlərinin həlli üçün zəruri hesab etdiyi dəyişiklikləri həyata keçirməkdə sərbəstlik vermək üçün nazirlər istefa versinlər”, - Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

O əlavə edib ki, Petro nəticələrdən razı deyil.

Oxşar xəbərlər

Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib
Kolumbiya ABŞ mallarına rüsumlar tətbiq edəcək
Tanzaniya daxili işlər naziri və kəşfiyyat rəhbərləri istefaya çağırılıb
Kolumbiyada korrupsiya qalmaqalına görə maliyyə naziri dəyişib
KİV: Ermənistanda bir sıra yüksək vəzifəli şəxslər istefa verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle