Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı üzrə razılaşmanın ikinci mərhələsi ilə bağlı ölkənin mövqeyini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq.
“Report” xəbər verir ki, bu barədə TASS Baş nazirin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb.
"Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı ilə bağlı razılaşmanın ikinci mərhələsinə dair İsrailin ümumi mövqelərini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq. Bu mövqelər danışıqların gedişatını müəyyən edəcək", - dəftərxanadan bildirilib.
Qeyd olunub ki, Netanyahu Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.
"Görüşün yekunlarına əsasən, İsrail Qəzzada atəşkəs sazişinin davam etdirilməsi ilə bağlı texniki detalları müzakirə etmək üçün bu həftənin sonunda Dohaya işçi nümayəndə heyəti göndərməyə hazırlaşır", - bəyanatda bildirilib.
Oxşar xəbərlər
Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib
Netanyahu İsrail rəsmilərinə Dohaya getməyi tapşırıb
KİV: Netanyahu bu həftə Qahirəyə nümayəndə heyəti göndərəcək
KİV: Netanyahu HƏMAS-la anlaşmada mövqeyini yumşaltmaqdan imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
