BOK-a avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib
sizinxeber.az xəbər saytı

BOK-a avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib


Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.

Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Oxşar xəbərlər

Paytaxtda tıxaca səbəb olan şəxs həbs edilib
Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
Azyaşlı qızını evləndirmək istəyən ata həbs edildi
Bakıda tıxaca səbəb olan şəxs həbs edilib
Ermənistanda həmyerlilərini döyərək pul tələb edən 2 Hindistan vətəndaşı həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle