sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib
Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.
Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
BOK-a avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib
Paytaxtda tıxaca səbəb olan şəxs həbs edilib
Bakıda tıxaca səbəb olan şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
