Almaniyada müxalifət lideri miqrasiya təkliflərinə görə tənqid olunub
Almaniya müxalifətinin lideri Fridrix Merts gələn ay keçiriləcək seçkilərdə kansler seçiləcəyi təqdirdə sərhəddə sərt nəzarət tətbiq edəcəyinə söz verdiyi üçün tənqid atəşinə tutulub.
“Sizinxeber.az” “Euronews” istinadən xəbər verir ki, Merts miqrasiya siyasətinə yenidən baxılmasına əsas kimi sığınacaq verilməsindən imtina edilmiş şəxs tərəfindən törədilmiş və iki nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücum hadisəsini göstərir.
O, beş maddəlik miqrasiya planını təqdim edib, bu plana əsasən, bütün Almaniya sərhədlərində təşkil ediləcək daimi yoxlamalardan keçməyən, etibarlı sənədləri olmayan bütün insanlar üçün ölkəyə giriş de-fakto qadağan edilməlidir.
Bir neçə siyasətçi Mertsin planını hüquqi cəhətdən mübahisəli və həyata keçirilməsi qeyri-mümkün olduğu üçün tənqid edərək, onun miqrasiya və sığınacaq qanunları, həmçinin Cenevrə Konvensiyası və Aİ daxilində sərbəst hərəkət prinsipi kimi müqavilələrlə uyğunsuzluğuna işarə ediblər.
Bundestaqdakı “Yaşıllar”ın liderinin müavini Konstantin fon Nots bu tədbirlərin nə ölkə konstitusiyasına, nə də Avropa qanunlarına uyğun olduğunu söyləyib.
Oxşar xəbərlər
Bild: Almaniya qanunsuz mühacirlərin ölkədə qalmasına kömək edəcək layihəni maliyyələşdirir
İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək
ABŞ-yə miqrasiya və sərhəd probleminin həlli üçün 100 milyard dollar lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
