Nyu-Yorkda şaxtalı hava səbəbindən Hudson çayı donub, şəhərdə həyat iflic olub
sizinxeber.az xəbər saytı

Nyu-Yorkda şaxtalı hava səbəbindən Hudson çayı donub, şəhərdə həyat iflic olub


ABŞ-nin Nyu-York şəhərindəki Hudson çayı şaxtalı hava səbəbindən qismən donub.

"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, son illərin ən sərt qış mövsümlərindən birini yaşayan Nyu-York şəhərindəki Manhetten adasını əhatə edən Hudson çayı buzla örtülüb.

Təxminən 200 kilometr uzunluğunda olan çayın bir hissəsi 45 santimetr qalınlığında buz təbəqələri ilə örtülüb və çayda hərəkət edən gəmilərin hərəkəti qismət məhdudlaşıb.

Xüsusilə son bir həftədir şəhərdə soyuq hava şəraiti həyata mənfi təsir edir. Gündüzlər temperaturun -8 ilə -10 dərəcə arasında dəyişdiyi, gecələr isə -20 dərəcəyə endiyi şəhərdə yaşayış çətinləşib. Havaların soyuq keçməsi ilə əlaqədar olaraq şəhərdə turistlərin məşhur məkanı olan Mərkəzi Park və şəhərin mərkəzindəki əyləncə məkanları boş qalıb.

Nyu-Yorkda həftə sonundan etibarən həyatı iflic edən şaxtalı havanın nisbətən yumşalacağı gözlənilir.

Oxşar xəbərlər

Türkiyədə göl şaxtaya görə tamamilə donub - FOTO
ABŞ-də soyuq hava səbəbindən ölənlərin sayı 61-ə çatıb
Sentyabr ayına olan hava proqnozu açıqlanıb
NBC: ABŞ-də soyuq hava son bir həftədə təxminən 50 nəfərin ölümünə səbəb olub
Nigeriyada ştat əhalisi daşqın səbəbindən təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər