Çexiyada müəllim şagirdi tapança ilə zərərsizləşdirib
sizinxeber.az xəbər saytı

Çexiyada müəllim şagirdi tapança ilə zərərsizləşdirib


Çexiyanın Rudolfov şəhərində müəllim ona silah tuşlamış şagirdin hücumunun qarşısını ala bilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Ceske noviny” nəşri məlumat yayıb.

Hadisə bazar ertəsi, yanvarın 20-də Çexiyanın cənubundakı Rudolfova adına orta məktəbdə baş verib. Cənubi Çexiya vilayətinin başçısı Martin Kubanın sözlərinə görə, hücum edən şəxsdə tapançadan əlavə bıçaq və kiçik balta da tapılıb.

Müəllim hədə-qorxuya cəld reaksiya verib və şagirdin atəş açmasına mane olaraq, onu zərərsizləşdirib. Hadisə iştirakçılarından heç biri xəsarət almayıb. Kuba qeyd edib ki, şagird əvvəlcə sinifi tərk edib, lakin tezliklə silahla geri dönüb, atəş açmaq niyyətində olub.

Müəllimə hədə-qorxu gələn şagird sonra polis tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları şagirdin tapançadan başqa hər hansı silahının olması ilə bağlı məlumatı hələ təsdiqləməyib, çünki istintaq davam edir. Polisin təmsilçisi İrji Matçner vəziyyəti şərh etməyib. O, təfərrüatların istintaq tamamlandıqdan sonra açıqlanacağını vurğulayıb.

Oxşar xəbərlər

Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib - YENİLƏNİB
ABŞ-də məktəbdə atışma: müəllim və yeniyetmə öldürülüb
Gəncədə X sinif şagirdi məktəbliyə xəsarət yetirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər