Slovakiyanın vitse-spikeri: Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər
sizinxeber.az xəbər saytı

Slovakiyanın vitse-spikeri: Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər


“Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər”.

“Report” xəbər verir ki, bunu Slovakiyanın vitse-spikeri Tibor Qaspar “TASS”a müsahbəsində deyib.

O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş dövlət başçısı Donald Tramp arasında əldə oluna biləcək razılaşmaları dəstəklədiyini bildirib:

“Baş nazirimiz Robert Fiko əminliklə bildirdi ki, biz Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyik. Biz həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) üçün təhlükəsizlik baxımından təminat nəzərdə tutan həllərin tərəfdarıyıq”.

Vitse-prezident, həmçinin Şərqi Avropadakı müharibənin qızışdırıldığını və rəsmi Moskvanın Kiyevin bəzi təxribatçı addımlarına cavab verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Tramp yanvarın 10-da Putinlə mümkün görüşə hazırlıq barədə məlumat verib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin heç bir ilkin şərt olmadan Trampla görüşməyə hazırdır.

Oxşar xəbərlər

Trampın müşaviri: “Putinlə görüşə hazırlıq gedir”
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər
Putinin Slovakiyanın baş naziri ilə görüşünün təfərrüatları bəlli olub
Tramp Putinlə mümkün danışıqları istisna etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle