Tayvan Çinin yardım təklifindən imtina edib
Tayvan adasını idarə edənlər Çinin yardım təklifindən imtina edərək bunu vacib saymadıqlarını bildiriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Çin üzrə komitəsinin açıqlamasında vurğulanıb.
Məlumata görə, komitə Çinə diqqətinə görə minnətdarlığını ifadə edərək qeyd edib ki, zəlzələdən sonra materikdən yardıma ehtiyac yoxdur.
İnformasiyaya əsasən, Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlian bildirmişdi ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Tayvan adası tanınmır. Beynəlxalq güclər onu Çinin tərkib hissəsi sayır.
Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahillərində baş verən 7,2 maqnitudalı zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
Oxşar xəbərlər
Si Cinpin: Çinin Tayvanla birləşməsi qaçılmazdır
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb
Çində güclü zəlzələ olub, ölənlər var
Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB
Çinin BMT-dəki daimi nümayəndəsi vəzifəsini tərk edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













