BMT bu il ukraynalı qaçqınlara 3,32 milyard dollarlıq yardım edəcək
sizinxeber.az xəbər saytı

BMT bu il ukraynalı qaçqınlara 3,32 milyard dollarlıq yardım edəcək


BMT Ukraynadakı müharibədən zərər çəkən qaçqınlara dəstək məqsədilə 3,32 milyard dollarlıq yardım üçün müraciət edib.

"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, BMT bununla bağlı tərəfdaşlarına çağırış edib.

Müraciət Ukrayna daxilində və başqa ölkələrə sığınan 8,2 milyon insana yardım etmək məqsədi daşıyır.

Çağırışda Ukraynadakı humanitar təşkilatların 2025-ci ildə 6 milyon insana qida, səhiyyə, sığınacaq, pul yardımı və digər zəruri xidmətlər göstərməyi hədəflədikləri qeyd edilib.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi evlərini tərk etməyə məcbur olan milyonlarla ukraynalıya davamlı dəstəyin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

ABŞ Ukraynaya əlavə 700 milyon dollardan çox vəsait ayırıb
BMT 2025-ci ildə uşaqlar üçün təxminən 10 milyard dollar humanitar yardım istəyir
İsrail ABŞ-dən 8,7 milyard dollarlıq yardım paketi alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər