Nelson Mandelanın nəvəsi həbs edilib
sizinxeber.az xəbər saytı

Nelson Mandelanın nəvəsi həbs edilib


Polis demokratik Cənubi Afrikanın ilk prezidenti Nelson Mandelanın nəvəsini avtomobil oğurluğunda əli olmaqda şübhəli bilinərək həbs edib.

“Report” xəbər verir ki, bu barədə yerli “EWN” radiostansiyası məlumat yayıb.

Belə ki, Mandelanın nəvəsi də daxil olmaqla 5 nəfər saxlanılıb. Avtomobil Yohannesburqda Mandelaya məxsus və sonra onun ailə üzvlərinə keçmiş malikanənin ərazisində aşkar edilib.

Yohannesburq polisinin sözçüsü Ksolani Fila Mandelanın malikanəsində beş nəfərin həbs olunduğunu təsdiqləyib. Yaşayış məntəqəsinə baxış zamanı dövlət qeydiyyatı olmayan odlu silah da aşkar edilib.

Oğurlanan avtomobil taksi sürücüsünə məxsus olub.

Oxşar xəbərlər

Cənubi afrikalı dissident yazıçı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qroznıda partlayışa səbəb olmaqda şübhəli bilinən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Londonun mərkəzində baş vermiş bıçaqlı dava zamanı üç nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər