Cənubi afrikalı dissident yazıçı vəfat edib
sizinxeber.az xəbər saytı

Cənubi afrikalı dissident yazıçı vəfat edib


Cənubi afrikalı dissident yazıçı və şair Breyten Breytenbax 85 yaşında Parisdə vəfat edib.

Sizinxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Qeyd edək ki, B.Breytenbax Cənubi Afrikanın qərbi Keyp vilayətində anadan olub. O, nəzm və nəsrlə yanaşı təsviri sənətlə də məşğul olub və rəsmləri dünyanın müxtəlif yerlərində nümayiş edilib.

B.Breytenbax irqi ayrı-seçkiliyin qatı əleyhdarı olub. 1975-ci ildə vətəninə gizli səfərdə olarkən Nelson Mandelanın o vaxtlar qanundankənar sayılan Afrika Milli Konqresi qrupuna yardım etdiyinə görə həbs edilib və yeddi il azadlıqdan məhrum olunub. Azadlığa çıxdıqdan sonra yenidən Parisə qayıdaraq yaradıcılığını və ideoloji təbliğatını davam etdirib.

Oxşar xəbərlər

Əslən Azərbaycandan olan türkiyəli yazıçı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məşhur yapon şair vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstriya əsilli ABŞ yazıçısı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyanın ən yaşlı insanı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
54 yaşlı cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel”in sahibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər