ABŞ-də tornado 2 nəfərin ölümünə, 6 nəfərin yaralanmasına səbəb olub
Texas və Missisipi ştatlarını cənginə alan silsilə tornadolar nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Sizinxeber.az” Qərb mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Texas ştatının meteorologiya xidməti təsdiqləyib.
Milli Meteorologiya Xidmətinin şiddətli fırtınaların izlənmə sistemi fırtınanın şərqə doğru – Alabamadan Corciyaya doğru hərəkət etdiyini qeydə alıb. Agentlik Corciya ştatının qərbində və Florida ştatının şimal-qərbində, o cümlədən Meksika körfəzi istiqamətində tornado və şiddətli tufanlar barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, Liverpul (Texas) bölgəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Digər şəxs isə Missisipi ştatında ölüb, orada 2 nəfər yaralanıb. Bazar günü səhər 80 minə yaxın ştat sakini işıqsız qalıb.
Fövqəladə Hallar Agentliyi şənbə günü rəsmi zərər hesabatı təqdim etməyib. Agentliyin sözçüsü Melari Uayt qurumun bütün diqqətini insanların təhlükəsizliyini təmin etməyə və itkin düşən insanları tapmağa yönəltdiyini açıqlayıb.
Oxşar xəbərlər
ABŞ-da avtobus qəzasında 7 nəfər ölüb, 40-a yaxın insan yaralanıb
ABŞ-də “Debbi” qasırğası nəticəsində dörd nəfər ölüb
ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
