Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib
2024-cü ildə Atlantika okeanda fırtınaların faktiki sayı proqnozlaşdırılan rəqəmi xeyli üstələyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “TASS”a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə 14 qasırğanın baş verəcəyi proqnozlaşdırılsa da, 18 qasırğa baş verdiyi qeydə alınıb. Onlardan 11-də küləyin sürəti 33 m/s, 5-də isə küləyin sürəti 50 m/s və daha çox olub.
Meteoroloq izah edib ki, bu mövsümdə 14 tufan, 7 qasırğa və 3 çox güclü qasırğa gözlənilsə də, faktiki olaraq 18 tufan, 11 qasırğa və 5 çox şiddətli qasırğa qeydə alınıb. Bu, ardıcıl doqquzuncu mövsümdür ki, qasırğaların sayı onların iqlim göstəricilərini üstələyib.
O qeyd edib ki, tədqiqatçılar qasırğa və tufanların sayının artmasını Atlantik okeanında mövcud olan çox yüksək temperaturla əlaqələndiriblər: “Tropik siklonların, qasırğaların və çox güclü tufanların sayı hər on ildən bir artır”.
Oxşar xəbərlər
"Milton" fırtınası Meksika körfəzində qasırğa şiddətinədək güclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alimlər: Son 6 ildə iqlim səbəbindən qasırğaların gücü artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnamdakı qasırğa nəticəsində ölənlərin sayı 230-u keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Honq-Konqda qasırğa səbəbindən 100-dən çox aviareys ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 230-u keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













