Kamala Harris: Biz Rusiyadan Ukraynaya dəymiş ziyana görə təzminat tələb edəcəyik
sizinxeber.az xəbər saytı

Kamala Harris: Biz Rusiyadan Ukraynaya dəymiş ziyana görə təzminat tələb edəcəyik


ABŞ Rusiyadan Ukraynaya dəymiş ziyana görə təzminat tələb edəcək.

“Sizinxeber.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Harris söyləyib ki, Prezident Cozef Baydenin administrasiyası müharibə bitdikdən sonra Ukraynaya dəymiş ziyana görə Rusiyadan təzminat tələb edəcək:

“Biz ədalətli və davamlı sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik. Biz Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin edəcəyik”.

“Prezident Baydenlə mən uğur qazanmaq üçün lazım olan resurslara və silahlara sahib olmanızı təmin etmək üçün işləməyə davam edəcəyik”.

“Lazım olduğu qədər sizinlə olacağıq”, – siyasətçi vurğulayıb.

Oxşar xəbərlər

Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib
Azərbaycan sumoçuları Açıq Avropa kubokunda 3 medal qazanıblar
Zelenski: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar yüksək qiymətləndirilir
Zelenski: Bəzi dövlətlər Ukraynaya xəyanət edib
Niderland Ukraynaya 18 “F-16” tədarük edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər