Almaniyada qaçqın sığınacağında yanğın zamanı onlarla insan xəsarət alıb
sizinxeber.az xəbər saytı

Almaniyada qaçqın sığınacağında yanğın zamanı onlarla insan xəsarət alıb


Almaniyada qaçqın sığınacağında güclü yanğın zamanı azı 20 nəfər xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Tagesschau” portalı məlumat yayıb.

"Voqelzanqda (Şimali Reyn-Vestfaliya federal əyaləti - red.) mərkəzi qaçqın sığınacağında iri miqyaslı yanğında 20 nəfər xəsarət alıb. Binaya ciddi ziyan dəyib. Yanğının səbəbi məlum deyil", - xəbərdə bildirilir.

Məlumata görə, müəssisədə ümumilikdə 380 nəfər, alovlanan binada isə 18 nəfər yaşayıb. Xəsarət alanlardan 10-u xəstəxanalara çatdırılıb.

Bina yanğın nəticəsində kül olub. Qeyd edilir ki, iki qonşu bina da yaşayış üçün yararsız hala düşüb.

Oxşar xəbərlər

Almaniyada qaçqınlar üçün sığınacaqda yanğın olub, ölən və xəsarət alanlar var
Almaniyada festivalda yanğın nəticəsində 30 nəfər xəsarət alıb
Bu ilin 9 ayı ərzində yanğınlarda 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb
Fransada meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle