BMT-nin sülhməramlıları Livanın cənubunda onların mövqelərinin atəşə tutulması nəticəsində yaralanıb 
sizinxeber.az xəbər saytı

BMT-nin sülhməramlıları Livanın cənubunda onların mövqelərinin atəşə tutulması nəticəsində yaralanıb 


BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ramya sərhəd bölgəsində yerləşən postu atəşə tutulub, nəticədə Qanadan olan dörd hərbçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidmətinin teleqram kanalında yaydığı açıqlamada bildirilir.

“Ayrı-ayrı qeyri-hökumət qrupları tərəfindən buraxıldığı ehtimal edilən raket Ramya kəndindən şərqdə yerləşən UNP 5-42 bazasına düşüb, növbədə olan Qanadan dörd sülhməramlı yaralanıb. Yaralıların üçü Tir şəhərindəki hospitala müalicə üçün çatdırılıb”, – məlumatda vurğulanıb.

Bildirilib ki, daha beş raket UNIFIL-in qərbi Livan cənubunda yerləşən Şamaa qəsəbəsindəki texniki xidmət mərkəzinə atılıb.

“Emalatxanaya ciddi ziyan dəysə də, sülhməramlılardan xəsarət alan olmayıb”, – açıqlamada qeyd olunur.

Təşkilatın məlumatına görə, üçüncü hadisə Xirbət-Silm kəndinin şimal-şərqindəki magistral yolda baş verib. Burada silahlı şəxs “mavi dəbilqə” patruluna atəş açıb, lakin sülhməramlılar arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, UNIFIL komandanlığı hər bir insidentin araşdırılmasına başlayıb və bu barədə Livan ordusunu məlumatlandırıb.

Oxşar xəbərlər

BMT sülhməramlıları Livandakı UNIFIL-in qərargahına raket zərbəsi zamanı xəsarət alıblar
BMT-nin Livandakı sülhməramlıları atəşə tutulub
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib, iki sülhməramlı yaralanıb
BMT-nin İrlandiya sülhməramlıları Livanda qalıblar
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər