Rumıniyada hərbçilərin sayı dörd dəfə azalıb
Rumıniyanın milli müdafiə naziri Anjel Tınver bildirib ki, yayılan şayiələrin əksinə olaraq məcburi hərbi xidmətin tətbiqi istisnadır və ölkəyə lazım olan hərbi kadrlar könüllülər tərəfindən təmin ediləcək.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə “Euronews” telekanalına müsahibəsində deyib.
“Ən azı nazir olduğum müddətdə məcburi hərbi xidmət istisnadır. Bununla belə nazirliyin ordu ehtiyatını təmin edən könüllü hərbi xidmətlə bağlı narahatlıqları var”,- deyə o qeyd edib.
Nazir əlavə edib ki, özündə 18-35 yaş kateqoriyası üçün bir neçə ay davam edən hərbi hazırlıq təlimi ehtiva edən qanun layihəsi hazırlanır. Yeni qanunda təlimdə iştirak edənlərin mükafatlandırılması da nəzərdə tutulub.
Anjel Tınverin sözlərinə görə, ötən il müəyyən səbəblərdən 7 min hərbçi ordunu tərk edib:
“Rumıniya ordusunda hərbçilərin sayı əvvəllər 320 min nəfərdən çox idisə, indi təxminən 75-80 min nəfərdir. Kəmiyyət nöqteyi-nəzərindən ordu ixtisar edilib, əməliyyat tələbləri isə Avropada çox uzun müddətdir görünməyən bir vəziyyətlə bağlıdır”.
Oxşar xəbərlər
Hərbçilərin pensiya yaşı ARTIRILIR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi qulluqçuların qulluq əlavəsinin faizi ARTIRILIR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq yaşı artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












