ABŞ konqresmenləri İsrailə 17,6 milyard dollar ayrılmasını istəyir
Bir qrup ABŞ konqresmeni Ukraynaya əlavə dəstək vermədən İsrailə 17,6 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.
“Sizinxeber.az” xəbər verir ki, sənəd ABŞ Nümayəndələr Palatasının üzvü Ken Kalvertin saytında dərc olunub.
Qanun layihəsinə əsasən, ABŞ, xüsusilə də, İsraildəki raketdən müdafiə sistemləri üçün sursat ehtiyatının artırılması üçün 4 milyard dollar, ABŞ-ın İsrailə təhvil verdiyi silah ehtiyatının artırılması üçün isə 4,4 milyard dollar ayırmalıdır.
Sənəddə Kiyevə yardımın göstərilməsi imkanından bəhs edilmir.
Amerikanın “Axios” internet portalı Nümayəndələr Palatasının spikeri Mayk Consonun digər respublikaçılara məktubunu dərc edib.
Bildirilib ki, gələn həftə qanun layihəsi ilə bağlı səsvermənin keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
ABŞ-də bu həftə İsrailə yardım haqqında qanun layihəsinə baxılacaq
Ağ Ev İsrailə yardıma qarşı çıxıb
Bayden 886 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib
Rusiyalı milyarderlərin sərvəti 2023-cü ildə 50 milyard ABŞ dolları artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













