Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
sizinxeber.az xəbər saytı

Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb


ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ağ Evdə dörd əsas məsləhətçisinin adı açıqlanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə seçilmiş prezidentin keçid komandasının yaydığı bəyanatında deyilir.

Trampın ən uzunmüddətli, etibarlı müttəfiqlərindən biri və onun yenidən seçki kampaniyasında baş məsləhətçi olan Den Skavino prezidentin köməkçisi və Ağ Ev aparat rəhbərinin müavini olacaq.

Stiven Miller isə prezidentin köməkçisi, Ağ Evin Siyasəti və Milli Təhlükəsizlik Məsələləri üzrə Aparat rəhbərinin müavini vəzifələrində çalışacaq.

Öz növbəsində Ceyms Bleyer prezidentin köməkçisi, qanunvericilik və ictimai əlaqələr üzrə administrasiya rəhbərinin müavini vəzifələrində çalışacaq.

Taylor Budoviç isə prezidentin köməkçisi, Ağ Evin kommunikasiyalar və kadrlar üzrə aparat rəhbərinin müavini təyin edilib.

Oxşar xəbərlər

Tramp Syuzan Uaylsı Ağ Evin aparat rəhbəri təyin edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Süni intellektlə bağlı qanunvericilik bazasının hazırlanması barədə düşünməyin vaxtı çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinə yeni müavin təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər