Çin "Taliban"ın tanınması istiqamətində ilk addım atıb, səfirin etimadnaməsi qəbul edilib
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpin Əfqanıstandakı “Taliban” hökumətinin bu ölkə üzrə təyin etdiyi səfir Bilal Kəriminin etimadnaməsinin qəbul edib.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Nexta” kanalı yayıb.
Bildirilib ki, bu, Çinin “Taliban” hökumətini tanıması deməkdir.
Xatırladaq ki, rəsmi Pekin hakimiyyət dəyişikliyindən sonra Əfqanıstandakı səfirini əvəzləyən ilk dövlətdir.
Məlumata görə, 2023-cü ilin sentyabrında “Taliban” hökumətinin başçısı Çin səfirinin etimadnaməsini qəbul etmişdi. Onda rəsmi Pekinin bu hökuməti tanımasına işarə olub-olmadığı aydınlaşmamışdı. Ancaq Əfqanıstandakı hökumətin səfirinin birinci şəxs səviyyəsində qəbulu Çinin “Taliban” hökumətinin tanımasıdır.
Oxşar xəbərlər
BMT Əfqanıstanda qadınlara qarşı zorakılıq hallarının artmasından narahatdır
İsrailin Ali Məhkəməsi mübahisəli məhkəmə qanununu ləğv edib
Azərbaycan sərhədini qanusuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşlarına hökm oxunub
AP Azərbaycana sanksiyalar tələb etdi - Qətnamə
Çində güclü zəlzələ olub, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













