BMT Əfqanıstanda qadınlara qarşı zorakılıq hallarının artmasından narahatdır
Əfqanıstanda qadınları və qızları gender əsaslı zorakılıqdan qorumaq və günahkarları cəzalandırmaq üçün adekvat hüquqi mexanizmlər yoxdur.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı missiyasının yeni hesabatında qeyd edilib.
“Şikayətlərə çox vaxt kişilər tərəfindən baxılması vəziyyəti çətinləşdirir. Faktiki hakimiyyət orqanlarından qorxan bir çox qurbanlar ənənəvi mexanizmlər vasitəsilə təzminat əldə etməyə üstünlük verirlər”, - hesabatda bildirilib.
BMT analitikləri vurğulayıblar ki, 2021-ci il avqustun 15-də Əfqanıstanda “Taliban” hakimiyyəti ələ keçirməmişdən əvvəl də qadınlara və qızlara qarşı gender əsaslı zorakılıq səviyyəsi yüksək olub: “Lakin o vaxtdan bəri vəziyyətin daha da pisləşib”.
Qeyd edilib ki, qadınlara və qızlara qarşı zorakılıq halları ilə bağlı polisə, prokurorluğa və məhkəmələrə verilən şikayətlərin ən çox yayılmış səbəbləri qətllər, o cümlədən “namus” cinayətləri, zorlama, bədən xəsarətləri və mirasdan məhrumetmə olub.
Oxşar xəbərlər
Bu şəxslərə hər ay 105 manat veriləcək
Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - YENİLƏNİB
BMT Azərbaycanda kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını təklif edir
“Cəlbedici” qadınlar niyə tipdən çox intellektə əhəmiyyət verirlər?
İran öldürülən generalına görə ABŞ-dən fantastik məbləğdə təzminat istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













