Ağ Ev: “Amerika İsrail siyasətində heç bir dəyişiklik etməyib”
“Amerika administrasiyası İsrail siyasətində heç bir dəyişiklik etməyib”.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəsmisi bildirib.
Qeyd olunub ki, İsrailin beynəlxalq humanitar hüquqa riayət etməklə və mülki şəxslərin həyatını qorumaqla HƏMAS təhlükəsindən özünü müdafiə etmək hüququ və öhdəliyi var:
“Biz HƏMAS-a qarşı mübarizədə İsraili dəstəkləməkdə sadiqik. Biz bunu oktyabrın 7-dən edirik və davam etdirəcəyik. Siyasətimizdə heç bir dəyişiklik olmayıb”-deyə, məlumatda vurğulanıb.
Bundan əvvəl “NBC News” amerikalı məmura istinadən məlumat yayıb ki, ABŞ administrasiyası İsraili Qəzza zolağında hərbi əməliyyatların miqyasını azaltmaq üçün bu ölkəyə silah satışını ləngidə və ya tədarükünü dayandıra bilər.
Oxşar xəbərlər
KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər
İsrail Qəzza zolağına göndərilən bütün humanitar yardımları yoxlayacaq
İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib
Bayden Netanyahuya Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini bildirib
İsrail Ordusunun daha bir hərbçisi Qəzzada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












