Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoyub
Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat şəraitinə nəzarəti gücləndirmək vəzifəsi qoyub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə BelTA Komitənin sədri İvan Tertelə istinadən bildirib.
“Dövlət başçısı əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi və fövqəladə halların qabaqlanması vəzifəsini qarşıya qoyub”, – o deyib.
Onun sözlərinə görə, DTK həm ölkənin regionlarında, həm də paytaxtda bu tapşırığı yerinə yetirməyə tam hazırdır.
Tertel qeyd edib ki, “vəziyyət nəzarət altındadır”.
“Biz Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi və Müdafiə Nazirliyindən olan həmkarlarımızla birlikdə gücləndirilmiş iş rejimində işləyirik”, - o əlavə edib.
Oxşar xəbərlər
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib
Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək
Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin Lukaşenko ilə görüşü olub
Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoydu
ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













