Norveç hakimiyyəti Rusiya ilə sərhəddə hasar çəkmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Norveç hakimiyyəti Rusiya ilə sərhəddə hasar çəkmək niyyətindədir


Norveç hakimiyyəti Rusiya ilə sərhəddə Finlandiyada ucaldılan maneəyə bənzər hasarın tikintisi imkanını nəzərdən keçirir.

“Sizinxeber.az” NRK nəşrinə istinadən xəbər verir ki, bunu Norveçin ədliyyə naziri Emili Enger Mel deyib.

“Bu sərhəd hasarı (Finlandiya-Rusiya sərhədində hasar - Qeyd) təkcə çəkindirici rol oynaya bildiyinə görə deyil, həm də insanların sərhədə yaxınlaşıb-yaxınmadığını aşkar edə bilən sensorlar və texnologiyaya malik olduğu üçün çox vacibdir”, - deyə o bildirib.

Onun fikrincə, belə bir hasar Norveç-Rusiya sərhədi və ya onun bir hissəsi üçün də aktualdır. Nazir bildirib ki, Norveç hökuməti sərhədi ən qısa zamanda bağlamağa hazırdır.

“Biz bir sıra tədbirləri nəzərdən keçirməyə çalışırıq. Bu, Storskoqdakı sərhəd stansiyasının ətrafında olan hasarlar, sərhəd nəzarəti və oradakı axının öhdəsindən gələ bilmək üçün tədbirlər haqqında ola bilər”.

Melin mövqeyini Finmark əyalətinin (Rusiya ilə həmsərhəd) polis rəisi Ellen Katrin Hetta dəstəkləyib və bildirib ki, sərhəd xətti boyunca bəzi yerlərdə hasar tikilə bilər.

Finlandiya hakimiyyəti ölkədə təhlükəsizlik vəziyyətində dəyişiklikləri əsas gətirərək 2022-ci ildə Rusiya ilə sərhəddə hasar çəkməyə qərar verib. Plana görə, uzunluğu təxminən 200 km və hündürlüyü təxminən 3,5 m olan hasar 2026-cı ilin sonuna qədər hazır olacaq.

Oxşar xəbərlər

Norveç Rusiya ilə sərhəddə hasar çəkmək istəyir
Finlandiya Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmağa hazırlaşır
Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir
Norveçin artilleriya mərmiləri Ukraynada istehsal ediləcək
Estoniya Rusiya ilə sərhədin möhkəmləndirilməsinə 40 milyon avro ayıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle