Ərdoğanın müşaviri: İsveç NATO-ya üzv olmaq üçün ciddi addımlar atıb
Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç "TRT Haber" telekanalının efirində bildirib.
"İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsusilə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq", - Kılıç bildirib.
Dekabrın 26-da Türkiyə parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası səs çoxluğu ilə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. Sənəd Baş Assambleyanın səsverməsinə çıxarılıb.
R.T.Ərdoğanın müşavirinin sözlərinə görə, İsveçin NATO-ya müraciətinin təsdiqlənməsi məsələsində son sözü bütövlükdə Türkiyə parlamenti deyəcək.
Oxşar xəbərlər
Blinken: İsveç tezliklə NATO-ya qoşulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün region ölkələri ilə sıx əlaqə saxlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: ABŞ-nin Türkiyəyə F-16-ların tezliklə satışına ümid edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
AP-ın Bakıya qarşı qətnaməsində İrəvana yağlı vəd [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












