Avropa Parlamenti Aİ-ni Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməyə çağırır
Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.
“Sizinxeber.az” bu barədə Avropa Parlamentinə istinadən xəbər verir.
Bu gün səs çoxluğu (425 lehinə, 131 əleyhinə, 63 bitərəf) ilə qəbul edilən qətnamədə vurğulanır ki, Ukrayna mövcud məhdudiyyətlər aradan qaldırılmadan özünümüdafiə hüququndan tam istifadə edə bilməyəcək. Rusiyanın əhaliyə və infrastruktura hücumlarına qarşı həssas qalacaq.
Parlamentdə qeyd ediblər ki, kifayət qədər silah və sursat tədarük edilməməsi, eləcə də onların istifadəsinin məhdudlaşdırılması indiyədək görülən səylərə zərbə vura bilər. Bundan başqa, deputatlar Aİ ölkələrinin Ukraynaya hərbi yardımı azaltmasından təəssüfləndiklərini bildiriblər.
Avropa Parlamentinin deputatları üzv dövlətləri Ukraynaya bir milyon patron tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməyə və “TAURUS” qanadlı raketi də daxil olmaqla silah, hava hücumundan müdafiə sistemləri və sursatların çatdırılmasını sürətləndirməyə çağırıblar.
Oxşar xəbərlər
Avropa Parlamenti Aİ ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verməyə çağıran qətnamə qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell Ukraynaya Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Parlament Maduronun həbsinə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Ukraynaya 160 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












