KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bu yaxınlarda ona qarşı edilmiş növbəti, sayca ikinci sui-qəsd cəhdinə baxmayaraq, bu həftəyə planlaşdırılan bütün seçki kampaniyası tədbirlərində iştirak etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı namizədin iş qrafiki ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp həyatına təhlükə olmasına baxmayaraq, seçki yarışında fəal iştirakını davam etdirərək planlaşdırılan tədbirlərin heç birini ləğv etmək və ya təxirə salmaq fikrində deyil.
Xatırladaq ki, dünən Florida ştatındakı Palm-Biçdə Donald Trampın olduğu “Trump International Golf Club”un yaxınlığında odlu silahdan atəş açılıb. Hadisə ABŞ prezidentliyinə namizədin həyatına növbəti sui-qəsd kimi qiymətləndirilib. Şübhəli 58 yaşlı Rayan Uesli Rut artıq həbs edilib.
CNN-in məlumatına görə, bu gün ABŞ məhkəməsi Rutu odlu silahla bağlı iki maddə üzrə ittiham edib.
Palm-Biç dairəsinin şerifi Rik Bredşou bildirib ki, təcavüzkarın gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda optik nişangahı olan “AK-47” avtomatı, içərisində keramika lövhələri olan iki çantası və ekşn-kamera aşkar edilib.
Oxşar xəbərlər
Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
Tramp sui-qəsd cəhdindən sonra iqamətgahına qayıdıb
FTB: Trampın yaxınlığındakı atışma sui-qəsd cəhdidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
