Qırğızıstanda dövlət qulluğuna namizədlər yalan detektorundan keçiriləcək
Qırğızıstanda dövlət və bələdiyyə qulluğuna namizədlərin işə qəbul edilərkən poliqrafdan (yalan detektoru) keçirilməsi planlaşdırılır.
“Report” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Qulluğu və Yerli İdarəetmə üzrə Dövlət Agentliyinin direktoru Kudaybergen Bazarbayev bildirib.
“Bələdiyyə və dövlət orqanlarında ehtiyata qəbul olunarkən, rəhbər vəzifələrə təyin edilərkən poliqrafdan keçirilmədə əsas məqsəd namizədin korrupsiya ilə bağlı vəziyyətini müəyyən etməkdir. Poliqrafdan dövlət və bələdiyyə qulluqçuları arasında korrupsiyaya qarşı mübarizədə istifadə ediləcək və o, rəhbərliyə vətənpərvərlərin cəlb edilməsinə kömək edəcək”, - Agentlik direktoru deyib.
Onun sözlərinə görə, artıq müvafiq normativ-hüquqi aktların hazırlanmasına başlanılıb.
Oxşar xəbərlər
Putin Qırğızıstanda Prezident İlham Əliyevlə görüş keçirməyi planlaşdırır
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək
Qırğızıstan prezidenti dövlət bayrağının dizaynında qismən dəyişikliyi təsdiqləyib
Orxan Fikrətoğluna yeni vəzifə verildi
Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












