Macarıstan Rusiya aktivlərindən istifadəni Aİ-nin müzakirəsindən çıxarıb
Macarıstan Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin iclasında Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək məqsədilə istifadə edilməsi məsələsinə baxılmasını ləğv edib.
“Report” xəbər verir ki, iclasın gündəliyindən bununla bağlı bənd çıxarılıb.
“İqtisadi və maliyyə məsələləri - Rusiyanın immobilizasiya edilmiş aktivlərindən əldə edilən təcili gəlirlərin kreditlərə xidmət və ödənilməsi üçün istifadə edilməsi. Avropa Komissiyasının təqdimatı, fikir mübadiləsi”, - sənəddə deyilir.
Aİ ölkələrinin nümayəndələrinin görüşü çərşənbə günü, sentyabrın 4-də baş tutacaq. Tədbirdə tərəflər Körfəz Şurasının oktyabrda keçiriləcək sammitini, ittifaqın rəqabətqabiliyyətlilik hesabatını və uşaqların cinsi istismarı ilə mübarizəni müzakirə edəcəklər.
Oxşar xəbərlər
Macarıstan Rusiya aktivlərindən istifadə mövzusunu Aİ Şurasının müzakirəsindən çıxarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Rusiyanın aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya köçürülməsi beynəlxalq hüquq pozuntusudur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyanın dondurulmuş aktivlərindən 1.5 milyard avronu Ukrayna üçün ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AK rəhbəri: Aİ Ukraynaya 1,5 milyard avro köçürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro Aİ-yə gələn ay köçürüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












