Livanda 2023-cü ilin payızından bəri 260-a yaxın insan ağ fosfordan zəhərlənib
2023-cü ilin payızından bu yana 260-a yaxın livanlı İsrailin ölkənin cənub rayonlarını bombardman edərkən istifadə etdiyi ağ fosfordan zəhərlənmə yaşayıb.
“Report” xəbər verir ki, bu barədə Livanın “Al Wataniya” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“2023-cü ilin oktyabrından bu il avqustun 20-dək ən azı 257 nəfər fosfor zəhərlənməsindən əziyyət çəkib. Livanın “Hizbullah” hərəkatı ilə İsrail arasında silahlı eskalasiya başlayandan bəri Livanda ümumilikdə 564 nəfər ölüb”, - məlumatda bildirilir.
Qurumun məlumatına görə, ötən ilin payızından indiyədək azı 110 099 nəfər İsrailin hücumları nəticəsində ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, iyunun 27-də “Financial Times” qəzeti radar və peyk məlumatlarına istinadən İsrailin demək olar hər gün “Hizbullah” hədəflərini beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmilərindən atəşə tutması nəticəsində İsrailin Livanla sərhədi boyunca 5 kilometrlik zonanın yaşayış üçün tam yararsız hala çevrildiyini açıqlamışdı.
Oxşar xəbərlər
Qəzzanın Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bəri ölən fələstinlilərin sayı 39 minə yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail: Livanda “Hizbullah”ın komandirlərindən biri zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10-a çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın obyektlərinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada 500-ə yaxın tibb işçisi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












