Rusiya və Çin ABŞ-la qarşıdurmada birləşməyə çalışır
sizinxeber.az xəbər saytı

Rusiya və Çin ABŞ-la qarşıdurmada birləşməyə çalışır


Rusiya və Çin “çoxqütblü dünya nizamı” çərçivəsində siyasi və iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə çalışır.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu məsələ Çin Dövlət Şurasının rəhbəri Li Tsyan ilə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin Moskvada keçirilən görüşündə müzakirə olunub.

Görüş zamanı Çin Dövlət Şurasının rəhbəri vurğulayıb ki, Pekin növbəti mərhələdə əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq məqsədilə mühüm vəzifələri müəyyən etməyə çalışır.

“Rusiya Federasiyası və Çin Xalq Respublikası arasında enerji sahəsində əməkdaşlığın həm keyfiyyəti, həm də həcmi artır”, - o bildirib.

Öz növbəsində, Rusiyanın Baş naziri qeyd edib ki, Moskva ilə Pekin arasında yaxınlaşma tempi Qərbin “qlobal dominantlığını qorumaq” istəyinin təsiri ilə artır.

“Qərb ölkələri uydurma bəhanələrlə qeyri-qanuni sanksiyalar tətbiq edir, qlobal hökmranlıqlarını qoruyub saxlamağa, eləcə də Rusiya və Çinin iqtisadi və texnoloji potensialının qarşısını almağa çalışır”, – o əlavə edib.

Danışıqların yekunları üzrə iki ölkə arasında hökumətlərarası və idarələrarası sazişlərin imzalanacağı gözlənilir.

Oxşar xəbərlər

Çin ABŞ-ni Pekin və Moskva arasında ticarət əlaqələrini pozmamağa çağırıb
Çin Dövlət Şurasının Baş naziri Rusiyaya səfər edib
Azərbaycanla Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Rusiya XİN: Qərb ehtiyacı olan ölkələrə gübrə tədarükünü əngəlləməyə çalışır
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər