Kolorado məhkəməsi Trampın yerli praymerizlərdə iştirakını qadağan edib
ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi keçmiş dövlət başçısı Donald Trampa prezidentliyə namizəd kimi yerli praymerizlərdə (ilkin seçkilər - Qeyd) iştirakını qadağan edən hökm çıxarıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Hakimlər qərarlarını ABŞ Konstitusiyasına 14-cü düzəlişlə izah ediblər. Düzəlişə əsasən, etirazçılar yüksək dövlət vəzifələri tuta bilməz.
Telekanal qeyd edib ki, ştatın Ali Məhkəməsinin hakimlərinin hamısı (yeddi hakim – Qeyd) demokrat qubernatorların qərarları ilə bu vəzifələrə təyin ediliblər.
Məhkəmənin Trampa qarşı çıxardığı hökm yalnız Kolorado ştatında etibarlıdır. Qərar eks-prezidentin yanvarın 4-dək ABŞ Ali Məhkəməsinə müraciət etmək hüququ olduğu üçün hələ qüvvəyə minməyib.
Oxşar xəbərlər
Vaşinqton məhkəməsi Trampın keçmiş vəkilinə “ölüm cəzası” kimi cərimə kəsdi
Bu məhkəmələrə hakimlər təyin edildi - Sərəncam
Meksika narkobaron El Çaponun oğlunu ABŞ-yə təhvil verdi
Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək
“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













