Zambiya Konqo ilə sərhədini bağlayıb
Zambiya Konqo Demokratik Respublikası ilə sərhədini müvəqqəti bağlayıb.
“Sizinxeber.az” ZNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Zambiyanın ticarət və sənaye naziri Çipoka Mulenqa bildirib.
"Hazırda ehtiyat tədbirləri görməyə və sərhədi bağlamağa qərar verdik", - nazir deyib.
"Sərhəddə yük maşınlarının yığılmağa başladığı bir vəziyyətdə ola bilərik", - o əlavə edib.
Nazir sərhədin bağlanmasının səbəbini və yenidən açıla biləcəyi vaxtı açıqlamayıb.
Öz növbəsində, Konqonun “Okapi” radiostansiyası Yuxarı Katanga əyalətinin səlahiyyətlilərinə istinad edərək, Zambiyanın Konqo səlahiyyətlilərinin qonşu ölkədən pivə, alkoqolsuz içkilər və saxsı məhsulların idxalını qadağan etmək qərarına cavab olaraq sərhədi bağladığını bildirib. Qadağa yalnız yük daşımalarına aiddir və insanların hərəkətinə şamil edilmir.
Zambiyadan bir sıra malların idxalına qadağa qoyulmasının səbəblərini izah edən Konqonun Xarici Ticarət Nazirliyi ölkənin iqtisadiyyatında inflyasiyanı sürətləndirdiklərini bildirib. "Milli İqtisadiyyat Nazirliyinin hesabatı göstərir ki, bəzi idxal olunan mallar inflyasiyanın 60 % artmasına səbəb olur", - Maliyyə Nazirliyinin press-elizində deyilir.
Oxşar xəbərlər
Konqo və Uqandanın hərbi qüvvələri onlarla yaraqlını məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqo Demokratik Respublikası Çindən sərmayə istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqonun şərqində silahlılar azı 38 nəfəri öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












