ABŞ-nin İraqdakı aviabazasına hücum olub, bir neçə hərbçi xəsarət alıb
İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına hücum nəticəsində 7 hərbçi yaralanıb, onların hamısının vəziyyəti sabitdir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ hərbi rəsmisi məlumat yayıb.
O, avqustun 5-də axşam iki raketin aviabazaya düşdüyünü, nəticədə beş amerikalı hərbçinin, eləcə də iki podratçının yaralandığını vurğulayıb. Hərbçilərə aviabazada tibbi yardım göstərilir, qalan iki nəfər təxliyə edilib.
Bundan əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin və israilli həmkarı Yoav Qalant İraqda Amerika hərbçilərinin yerləşdiyi aviabazaya hücumu “təhlükəli eskalasiya” adlandırıblar.
Fələstin-İsrail münaqişəsinin daha da kəskinləşməsi başlayandan bəri İraqdakı Amerika bazaları, eləcə də Suriyadakı Amerika hərbçiləri müntəzəm olaraq atəşə tutulub. Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı qruplaşmalar üzərinə götürüb.
Oxşar xəbərlər
Pentaqon ABŞ hərbçilərinin İraqda yaralanmasını təsdiqləyib
ABŞ-ın Suriyadakı bazalarına hücum edildi: itkilər var
ABŞ-nin zərbələri nəticəsində İraqın güc strukturlarının azı 10 əməkdaşı yaralanıb - YENİLƏNİB
KİV: Pentaqon yaxın günlərdə Yaxın Şərqdəki qüvvələrə qarşı yeni hücumlar gözləyir
İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













