Ohayoda üç azyaşlı oğlunu güllələyərək öldürən ata edam cəzasından yan keçəcək
sizinxeber.az xəbər saytı

Ohayoda üç azyaşlı oğlunu güllələyərək öldürən ata edam cəzasından yan keçəcək


ABŞ-nin Ohayo ştatının Klermon dairəsindən olan 33 yaşlı Çed Derman üç oğlunu öldürməkdə özünü təqsirli bilib.

“Report” “FOX 19 Ohio”ya istinadən xəbər verir, keçən il kişi analarının gözü qarşısında 7 yaşlı Kleyton, 4 yaşlı Hanter və 3 yaşlı Çeyzi tüfənglə güllələmişdi.

O, qaçmağa cəhd etməmişdi: polis onu evin eyvanında əlində silahla oğlanların cəsədlərinin yanında yaxalamışdı. Məhkəmə qətlin motivlərini müəyyən edə bilməyib. Bu yaxınlaradək Derman suallara cavab verməkdən və günahını etiraf etməkdən imtina edirdi.

Lakin yekunda o, istintaqla razılığa gələrək edam hökmündən yayına bilib. Günahını etiraf etdikdən sonra Derman vaxtından əvvəl azad olunmaq hüququ olmadan üç ömürlük həbs cəzasına məhkum edilib. Hökmün elan edilməsindən sonra prokuror uşaq qatilin “həbsxanada öləcəyini” hayqırıb.

Oxşar xəbərlər

Gürcüstanda əlil arvadını öldürən kişi 18 il həbs cəzasına məhkum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
11 Sentyabr hadisələrini törədən 3 şəxs günahını etiraf etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş İran rəsmisinin ömürlük həbs cəzası təsdiqləndi - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Krigeri əfv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər