Lukaşenko edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Krigeri əfv edib
İyulun 30-da Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib.
APA xəbər verir ki, bu barədə BELTA agentliyinə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib. Dövlət başçısı bütün halları nəzərə alaraq, əfv haqqında qərar qəbul edib”, - deyə agentliyin nəşrində deyilir.
Qeyd edək ki, iyulun 20-də “Reuters” Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak edən Almaniya vətəndaşının Belarusda edam cəzasına məhkum edildiyi ilə bağlı xəbər vermişdi. Məlum olub ki, Belarus məhkəməsi iyunun sonunda 30 yaşlı Krigeri Cinayət Məcəlləsinin altı maddəsi ilə hakim qarşısına çıxarıb. Onun 2023-cü ilin noyabrından həbsdə olduğu bildirilir.
Oxşar xəbərlər
Lukaşenko Rusiyaya səfər edib
Lukaşenko özünə ömürlük toxunulmazlıq verdi
Lukaşenko da İlham Əliyevlə əlaqə saxladı
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib
Birləşmiş Ştatlar Türkiyə, İran və Almaniya şirkətlərinə sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












