ABŞ-nin 100 yaşlı eks-prezidenti Karter: Seçki gününədək yaşayıb Harrisə səs verə biləcəyimə ümid edirəm
ABŞ-nin hazırda yaşayan ən yaşlı prezidenti demokrat Cimmi Karter seçki gününədək yaşayıb Demokratik Partiyanın namizədi Kamala Harrisə səs verə biləcəyinə ümid etdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə yazıb.
Oktyabrın 1-də 100 illik qeyd edəcək Karter noyabr seçkilərini səbirsizliklə gözlədiyini etiraf edib. “Mən sadəcə o günə qədər yaşamağa çalışıram ki, Kamala Harrisə səs verə bilim”, – keçmiş dövlət başçısının nəvəsi babasından sitat gətirib.
“Bu onun məqsədidir”, – Ceyson Karter söyləyib.
Ceyson Karter üç ay öncə keçmiş prezidentin həyatının “sona yaxınlaşdığını” etiraf etsə də, indi ailə daha nikbindir. Belə ki, nəvəsinin sözlərinə görə, eks-prezident son vaxtlar yenidən siyasətə maraq göstərir, daha diqqətli olub və baş verənləri fəal şəkildə izləyir.
Xatırladaq ki, üç il öncə ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin hakimiyyətdə olduğu illərdə ölkənin vitse-prezidenti vəzifəsini icra etmiş Uolter Mondeyl həyatının 93-cü ilində vəfat edib.
Oxşar xəbərlər
Kamala Harris ABŞ-nin keçmiş Prezidentinə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bill və Hillari Klinton Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sorğu: Tramp dəstək səviyyəsinə görə Harrisdən irəlidədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp seçkilərin nəticələrinə təsir edən ştatların çoxunda Harrisə uduzur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












