Aİ “yeni vəba” təhlükəsini elan edib
sizinxeber.az xəbər saytı

Aİ “yeni vəba” təhlükəsini elan edib


Avropa İttifaqında (Aİ) fentanilin artması regionda yeni “qara vəba”ya səbəb ola bilər.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin İtaliyadan olan deputatı Paolo İnselvini deyib.

"Təəssüf ki, Avropa İttifaqında narkotik vasitələrin və opioidlərin istifadəsi durmadan artır. Təkcə 2021-ci ildə 87,4 milyon Avropa vətəndaşı narkotik vasitələrdən istifadə edib, onlardan bir milyonu opioidlərdən həkim resepti olmadan istifadə edib. Bu təhlükəli tendensiya Avropada milyonlarla insanın həyatına son qoya bilər”, - o bildirib.

Bundan əvvəl ABŞ-nin keçmiş Prezidenti Donald Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib. 2023-cü ildə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) ölkədə Meksikadan gətirilən fentanildən həddindən artıq istifadə nəticəsində ölüm hallarının 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib.

Oxşar xəbərlər

Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Ermənistanda sosial şəbəkələrlə 150-yə yaxın narkotik satışı faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlon Mask narkotik istifadə etməkdə şübhəli bilinir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜST: Avropada İİV-lə yaşayan insanların dörddə birindən çoxu öz diaqnozlarından xəbərsizdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər