KİV: Netanyahu müdafiə naziri və Baş Qərargah rəisini istefaya göndərməyi planlaşdırır
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herz Halevini və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet əks-kəşfiyyat agentliyi) rəhbəri Ronen Barı istefaya göndərməyi planlaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti “Walla News”un müxbiri Tal Şalevə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Netanyahu Qalantı ABŞ-yə səfərindən sonra istefaya göndərmək istəsə də, bu qərarın icrası “Hizbullah”ın Məcdəl Şəmsə hücumu və HƏMAS lideri və “Hizbullah”ın hərbi qanadının liderinin öldürülməsi səbəbindən təxirə salınıb.
Jurnalist əlavə edib ki, Netanyahuya yaxın mənbələrin sözlərinə görə, Baş nazir İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevini və Şin Betin rəhbəri Ronen Barı da istefaya göndərməyi planlaşdırır.
Onun sözlərinə görə, bu cür addımların atılmasında məqsəd oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülmüş şəxslərin qaytarılması ilə bağlı Netanyahunun danışıqlar aparmasına qarşı etirazı aradan qaldırmaqdır.
Oxşar xəbərlər
Netanyahu: "İsrail HƏMAS-ı məhv edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İrana xəbərdarlıq etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “Hizbullah” Holana hücuma görə ağır bədəl ödəyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












